Maide.az

Əhməd Davudoğunun erməni baş müşaviri `soyqırımı` dedi

Roma Papasından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Mahçupyan da "soyqırımı" ifadəsi işlədib. Erməni müşavir belə deyib: "Bosniya və Afrikada yaşananların soyqırımı olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırımı deməmək qeyri-mümkündür".   Mahçupyanın sözlərinə görə, Roma Papasının açıqlamasında siyasi nəsə axtarmağa heç bir ehtiyac yoxdu: "Həm ermənilər, həm də qeyri-ermənilər üçün soyqırımı sözünün siyasi tərəflərindən daha çox, psixoloji tərəfləri var".Lent.az