Maide.az

“Gənclik” metrostansiyasının çıxışlarından biri bağlandı

Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb.   Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.   Onun sözlərinə görə, hazırda həmin stansiyada təmir işləri gedir:  “Keçidlər təmir olunur və mərmərlərin dəyişmə prosesinə başlanılıb. Orada eyni zamanda kommunikasiya xətləri də dəyişdiriləcəyi üçün bir istiqamətdəki (Tofiq Bəhramov adına stadion) giriş-çıxış müvəqqəti bağlanıb”.   N. Paşayev deyib ki, amma digər giriş-çıxışlar açıqdır:    “Bu təmir xüsusilə sərnişinlərin az olduğu həftə sonu və bir gün qeyri-iş günü nəzərə alınaraq aparılır. Təmirə bağlanan giriş-çıxış gələn həftənin ilk iş gününə qədər açılacaq”.