Maide.az

“Ford” aşdı: Sürücü öldü

Bakı-Şamaxı yolunda “Ford” markalı yük avtomobili yol kənarına aşıb.   Maide.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,  “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində, Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb.   Yanğınsöndürən - xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalan K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.   Əməliyyat saat 08:48-də başa çatıb. /