Maide.az

Əsgərlərimiz bir erməni əsgərini vurdu

Cəbhə xəttindəki atışma zamanı Ermənistan ordusunun bir əsgəri yaralanıb. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. “Bu gün - yanvarın 12-də saat 16 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan atışma zamanı güllə yarası alıb” deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. /