Maide.az

Ərəbistan hökumətində yeni təyinatlar olub

Səudiyyə Ərəbistanı kralı Abdulla bin Əbdüləzizin əmri ilə kabinetdə 8 nazir istefaya göndərilib və 8 yeni nazir təyin edilib. Maide.az xəbər verir ki, istefalarla əvvəllər müvəqqəti icra edilən Səhiyyə, Mədəniyyət və İnformasiya nazirliklərinə yeni adlar gətirilib.   Yeni nazirlərin adı və təyin olunduğu nazirliklər isə belədir:    Doktor Əssam b.Said, Dövlət Nazirliyi və Nazirlər Şurasının Üzvü    Abdullah Mukbil, Nəqliyyat Nazirliyi    Vəlid Kureyci, Kənd Təsərrüfatı Nazirliyi    Süleyman Humeyd, Sosial Əlaqələr Nazirliyi    Doktor Fahad Həməd, Rabitə Nazirliyi    Doktor Əbdüləziz Kudeyri, Mədəniyyət və İnformasiya Nazirliyi    Doktor Məhəmməd Hiaza, Səhiyyə Nazirliyi    Doktor Xalid Sabti, Ali Təhsil Nazirliyi    Doktor Süleyman Əbu Əl Kayil, İslami Əlaqələr Nazirliyi