Maide.az

Ərbəin münasibəti ilə Kərbəlada xüsusi təhlükəsizlik layihəsi

Kərbəla şəhərində Həzrət İmam Hüseyn (ə)-ın Ərbəin mərasimlərində təhlükəsizliyi təmin etmək üçün xüsusi  layihə həyata keçirilir.  Maide.az-ın məlumatına görə, İraqın daxili işlər naziri  Məhəmməd Salim Əl-QəbanKərbəla şəhərində Həzrət İmam Hüseyn (ə)-ın ərbəin mərasimində təhlükəsizliyi təmin etmək üçün icra olunacaq xüsusi layihəyə birbaşa nəzarət etmək məqsədilə Kərbəlaya şəhərinə gəlib.  Məlumata görə,  M.S. Əl-Qəban bu şəhərin valisi və təhlükəsizlik rəsmiləri ilə görüşdə Ərbəin mərasimində iştirak edəcək əzadarların təhlükəsizliyi haqda onlarla fikir mübadiləsi aparıb. Dünya şiələrinin 3-cü İmamı Həzrət Seyidül-Şuhəda (ə)-ın ərbəin günü mərasimdə hər il milyonlarla əzadar əzadarlıq edir.  Qeyd edək ki, Kərbəla şəhəri Turizm Komitəsinin başçısı Casim əl-Maliki demişdi ki,  bu ilki Ərbəin mərasimi üçün 17 milyona yaxın ziyarətçinin bu şəhərə gəlməsini gözləyirik. /