Maide.az

“İŞİD”-in İraqdakı mövqelərinə endirilən zərbələr nəticəsində 17 dinc sakin ölüb

“İŞİD” terror qruplaşmasının İraqdakı mövqelərinə endirilən hava zərbələri nəticəsində təsadüfən 17 dinc sakin həlak olub.   İraq Hərbi-Hava Qüvvələrinə məxsus helikopterin “İŞİD”-in Yathrib şəhəri yaxınlığındakı   mövqelərinə qarşı keçirdiyi reyd nəticəsində yerli qəbilənin 2 nümayəndəsi həlak olub.   Bundan başqa, keçirilmiş digər hava əməliyyatı nəticəsində təsadüfən 15 dinc sakin həlak olub. Bu əməliyyatın hansı ölkə tərəfindən keçirildiyi barədə məlumat yoxdur.