Maide.az

Əfqanıstanda şiə alimi terrorçular tərəfindən şəhid edildi (Foto)

Əfaqınstanın Herat şəhərinin dəyərli alimlərindən biri Taliban terrorçuları tərəfindən şəhid edilib. Maide.az-ın Əfqanıstan KİV-lərinə istinadən məlumatına  görə,  Heratın dəyərli alimlərindən olan Şeyx  Azizuddin Nəcəfi  Qəndəharın Sultanağa  bölgəsində terrorçular tərəfindən suiqəsdə məruz qalıb. Belə ki, iki motosikletli 2 nəfər şəxs alimə atəş açıb, o yaralanıb və Herat şəhər xəstəxanasına aparılıb və orada şəhid  olub.   Hadisədən sonra Taliban terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Şeyx Nəcəfiyə qarşı törədilən bu sui-qəsddən sonra Herat şəhərinin sakinləri Herat valiliyi qarşısında toplanaraq alimi şəhid edən şəxslərin tezliklə tapılaraq cəzalandırlmasını tələb ediblər. Şəhid Nəcəfi Herat Vilayət Şurasında iki dövr xalq tərəfindən nümayəndə seçilmişdi. / Fotolar ABNA saytından götürülüb.