Maide.az

`Əl-Əqsa məscidinin bağlanılması müharibənin elan edilməsi deməkdir`

“İsrailin bu təcavüzlərinin davam etdirilməsi və təhlükəli addımların atılması, Fələstin xalqına, onun müqəddəslərinə ərəb və İslam ümmətinə qarşı müharibənin elan edilməsi deməkdir”. İnterAz-ın "SkyNews”a istinadla verdiyi xəbərə görə, bunu Fələstin dövlətinin sözçüsü Nabil Əbu-Radina deyib. Qeyd edək ki, İsrail hökuməti bu gün elan edib ki, qeyri-müəyyən müddətə əl-Əqsa məscidini fələstinlilərin üzünə bağlayacaq. Xatırladaq ki, ötən gün Qüdsdə bu şəhərin və əl-Əqsa məscidinin yəhudiləşdirilməsi istiqamətində iş aparan ən fəal şəxslərdən birinə atəş açılıb. Bu hadisədən sonra İsrail hökuməti fələstinliləri cəzalandırmağı qərara alıb. /