Maide.az

Ərdoğan iPhone 6-nı tənqid etdi

Türkiyə Presidenti Rəcəb Tayyib Ərdoğan Apple şirkətinin məhsulu olan iPhone 6 ətrafında dolaşan səs-küyü anlamadığını bildirib. Maide.az-ın France-Pressə istinadən məlumatına görə, President qeyd edib ki, BMT-nin General Assambleyası keçirilən zaman Nyu-Yorkda olarkən Apple dükanlarının qarşısında geniş izdihamların şahidi olub.  " Bu brend demək olar ki, hər il yeni model istehsal edir. Əslinə qaldıqda isə bu iPhone 6 keçən ilki modeldən elə də fərqlənmir. İnsanlar mobil telefon yox, brend olduğu üçün onu alırlar ", deyə Ərdoğan bildirib.  Maraqlısı odur ki, ilk 3 günündə 10 milyon smartfon iPhpone 6 və Phone 6 plus satılıb. //