Maide.az

Ərdoğan Azərbaycana sentyabrın 3-də səfər edəcək

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin tarixi məlum olub. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan sentyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə, sentyabrın 3-də isə Azərbaycana səfər edəcək. Sentyabrın 4-5-də R. T. Ərdoğan Uelsdə keçiriləcək NATO sammitində iştirak edəcək. /