Maide.az

“Partizan” - “Neftçi” matçı türkiyəli hakimə tapşırıldı

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibinin oyunu türkiyəli ədalət təmsilçilərinə tapşırılıb.   Avqustun 21-də baş tutacaq görüşü Hüseyin Göçek idarə edəcək. 38 yaşlı referi 2008-ci ildən FİFA hakimidir. Türkiyəli UEFA-nın 1-ci kateqoriyasına daxildir.   Avropa Liqası Pley-off mərhələsi, ilk oyun 21 avqust 23:15. "Partizan" (Serbiya) - "Neftçi" Baş hakim: Hüseyin Göcek Baş hakimin köməkçiləri: Mustafa Emre Eyisoy, Orkun Aktas Dördüncü hakim: Süleyman Abay (hamısı Türkiyə) UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya) Hakim-inspektor: Adrian D. Kaşa (Malta) Belqrad. “Partizan” stadionu