Maide.az

Əl-Qəssam briqadaları ən az 131 İsrail əsgərinin öldürüldüyünü açıqladı

İşğalçı İsrail ordusunun mətbuat şöbəsi Qəzzaya qarşı hücumlarda indiyə qədər 64 İsrail əsgərinin öldüyünü, təxminən 400 əsgərin yaralandığını açıqlayıb.   Maide.az-ın məlumatına görə, İsrailin Kanal-10 televiziyasının açıqladığı Səhiyyə Nazirliyinə aid hesabatlarda yaralanan 136 əsgərin müxtəlif xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilib.   Həmasın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları isə ən az 131 İsrail əsgərinin öldürüldüyünü açıqlamışdı.   Qeyd edək ki, sionist rejim 7 iyulda hava və dənizdən hücum etdiyi Qəzzanı 17 iyuldan etibarən də qurudan vurmağa başlamışdı.