Maide.az

Şəhid olmuş Azərbaycan hərbçilərinin sayı 9-a yüksəlib - SİYAHI - YENİLƏNİB

Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.   APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.   Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib. *** Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.   Maide.az-ın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:   - Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu - Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov - Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov - Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış  Mustafa Əlicoşqunov - Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov - Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov - Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov - Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu    Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.