“Siyasi sığınacaq nəyimə lazımdır? - Saakaşvili
"Siyasi sığınacaq nəyimə lazımdır? Axı görürsünüz ki, bütün ölkələrdə məni necə qarşılayırlar”. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda "Rustavi-2” telekanalının müxbirinin sualını cavablandırarkən deyib. Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. "Baxın, Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin”, - deyə, o, vurğulayıb. Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.