Maide.az

Əsgərin vəziyyəti ağırdır

Müdafiə Nazirliyindən erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan əsgər barəsində açıqlama verilib.    Nazirlikdən Maide.az-a verilən məlumata görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.   İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.   ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən axşam ermənilər Qazaxın Quşcu Ayrım və Abbasbəyli kəndləri istiqamətində atəşkəsi pozub. Milli Ordunun cavab atəşi ilə düşmən susdurulub.