Maide.az

“Qarabağ” UEFA Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələnin 17 cütündən 11-nin qalibi müəyyənləşib.   Azərbaycan çempionu “Qarabağ” səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta təmsilçisi “Valletta”nı bu dəfə də üstələyib. Qurban Qurbanovun yetirmələri 4 cavabsız qol vurub – 4:0.   Bununla da, Azərbaycan klublarının Çempionlar Liqasındakı ən böyük hesablı qələbəsini qazanan Ağdam təmsilçisi rekorda imza atıb. III təsnifat mərhələsinə yüksələn “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. İyulun 29-30-da baş tutmalı olan ilk oyun Bakıda keçiriləcək.   Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunları 22 iyul   “QARABAĞ” (AZƏRBAYCAN) - “Valletta” (Malta) - 4:0 İlk oyun - 1:0 Qollar: Reynaldo, 15; Çumbinyo, 48; Danilo Dias, 56;  Leroy Corc, 80 “Sutyeska” (Monteneqro) - “Şerif” (Moldova) - 0:3 İlk oyun - 0:2 “Levadiya” (Estoniya) - “Sparta” (Çexiya) - 1:1 İlk oyun - 0:7  "Düdelanj" (Lüksemburq) -  “Ludoqorets” (Bolqarıstan) - 1:1 İlk oyun - 0:4 “Makkabi” (Təl-Əviv, İsrail) - “Santa Koloma” (Andorra) - 2:0 İlk oyun – 1:0 TNS (Uels) - “Slovan” (Slovakiya) - 0:2 İlk oyun – 0:1 “Skenderbeu” (Albaniya) - BATE (Belarus) - 1:1 İlk oyun - 0:0 “HB Torshavn” (Farer adaları) - “Partizan” (Serbiya) - 1:3 İlk oyun - 0:3 “Jalgiris” (Litva) - “Dinamo” (Xorvatiya) - 0:2 İlk oyun – 0:2 “Debretsen” (Macarıstan) - “Kliftonvill” (Şimali İrlandiya) -2:0 İlk oyun - 0:0 “Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya) - 4:0 İlk oyun - 1:0