Əl-Bəradei: Qəzzədə dinc əhalinin kütləvi qırğını bizim hamımız üçün utanc vericidir
Misirin Əl-Dəstur partiyasının sədri və Beynəlxalq Atom Enerjisi Agentliyinin Sabiq Baş Direktoru Məhəmməd Əl-Bəradei deyib ki, Qəzzədə dinc əhalinin kütləvi qırığınına heç cür bəraət qazandırmaq olmaz. Qəzzədə müsəlmanların kütləvi qırğını bizim hamımız üçün utanc vericidir. Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, M.Əl-Bəradei öz twitter səhifəsində yazıb ki, "dinc əhalinin o cümlədən qadınlar və uşaqların kütləvi qırğını üçün heç cür bəraət qazandırmaq olmaz. Məgər o vaxt ki, bizim hamımız insanlıq və ağıl sağlamlığımızı itirmiş olaq. … Bizim hamımız üçün utanc vericidir.