Maide.az

Əfqanıstanda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub

Maide.az-ın məlumatına əsasən, Əfqanıstanda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Əfqanıstan Müstəqil Seçki Komissiyası elan edib ki, sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay səslərin 56,44% toplayaraq qələbə qazanıb.   Onun yeganə rəqibi, Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla  isə 43,56% səslə ikinci olub. Abdullanın təbliğat kompaniyasının sözçüsü seçkinin nəticələrini tanımadıqlarını  elan edib.   Əfqanıstanda ikinci tur prezident seçkiləri iyunun 14-də baş tutub. Aprelin 5-də keçirilən ilk turda Abdulla 44,9%, Əhmədzay isə 31,5% səs toplamışdı.   Seçkilərin yekun nəticələri iki həftə sonra elan ediləcək.