8 gün əvvəl Tovuzda yol qəzasında ağır yaralanan uşaq ölüb
Azərbaycanda azyaşlı uşaq yol qəzasında ölüb. Maide.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 24-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini İlham Nağıyev idarə etdiyi VAZ-2108 markalı avtomobillə yolu keçən rayon sakini Murad Aslanovu və onun azyaşlı oğlu Gündüzü vurub. Xəstəxanaya yerləşdirilən uşaq avqustun 31-də orada dünyasını dəyişib. Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.