Maide.az

8 britaniyalı müsəlman Londondan Mədinəyə velosipedlə səfər edir

8 Britaniyalı müsəlman Londondan  Həcc ziyarətinə qatılmaq üçün velosipedlə yola düşüb.    Maide.Az “yenisafak”a istinadla xəbər verir ki,  onlar  4 min km məsafəni yoxsul və ehtiyaclı müsəlmanlara yardım toplamaq məqsədilə  velosipedlə səfər edir.    8 nəfərlik qrup ötən gün  İstanbulda olub.  İyunun 7-də Londondan hərəkət edən velosipedçilər 17 ölkə ərazindən keçərək 60 gün ərzində Mədinə şəhərinə çatacaqlar.     Onlar  səfər müddətində  ehtiyaclı müsəlmanlar üçün 500 min  pound (628 min dollar)  miqdarında pul toplamağı planlaşdırır.