82 və 83 yaşlı cütlük: 57 il evlilik həyatımızda bizim üçün ən gözəl hadisə Quran oxumağı öyrənməkdir
Türkiyənin Aydın əyalətinin Kuçarlı şəhərində yaşayan 82 yaşlı Kəzban Buluk Quran dərslərində iştirak edib və Quranı oxumağı öyrənib. Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, K.Buluk yaşlı olduğu üçün xəstələnsədə Quran dərslərini buraxmayıb. “1 il ərzində Quranı üzündən oxumağı öyrəndim. Mən Quran oxumağı ötən il Həcc ziyarətinə getdikdən sonra öyrənmə başladım. Həcc ziyarətində Allahdan istədim ki, Quran oxumaq üçün mənə qüvvət versin. İndi bir ildən sonra öz arzuma çatmışam və Quranı oxuya bilirəm”. K.Buluk deyib ki, mən Quranı öyrənmişəm və hazırda özhəyat yoldaşım 83 yaşlı Yəhya Bulukada Quran oxumağı öyrədirəm. “Hər gün sübh namazından sonra 1 saat həyat yoldaşıma Quran oxumağı öyrədirəm. Ümid edirəm ki, o da mənim kimi Quranı üzündən oxumağı öyrənəcək”. Y.Buluk deyir ki, yoldaşım Quran tilavət edəndə gözlərimdən sevinc yaşı axır. “Həqiətən 57 il evlilik həyatımızda bizim ikimiz üçündə ən gözəl hadisə Quran oxumağı öyrənməkdir”