Maide.az

7 min qaçqın uşaq təkbaşına İtaliyaya gedib

Maide.Az xəbər verir ki, YUNİSEF-in məlumatına əsasən, 2016-ci ilin yanvar ayından may ayınadək İtaliyaya böyüklərin müşayiəti olmadan 7009 qaçqın uşaq gəlib.   "Avropaya İtalya vasitəsi ilə gələn 10 uşaqdan doqquzu böyüklərin müşayiəti olmadan buna nail olub.",-deyə YUNİSEF-in nümyəndəsi Sara Krou bildirib.   Sara Krou qeyd edir ki, gənclər və yeniyetmələr Avropa ölkələrinə köçürülmələr zamanı zorakılığa məruz qalır.   YUNİSEF-in  "Təhsil hamı üçün" adlı ümumdünya monitorinqinin məruzəsinə əsasən, qaçqın uşaqların cəmi 50% ibtidai məktəbə gedə bilir, qaçqın yeniyetmələrin 25% isə orta təhsil ala bilir.   Qeyd edək ki, bu gün 20 iyun Ümumdünya Qaçqınlar Günüdür. Dünya üzrə ümumilikdə 20 milyon qaçqın var. Onların 80%-ni isə uşaqlar və qadınlar təşkil edir. /