7 ayda 500-dən çox insan qidadan zəhərlənib - Azərbaycanda
2016-cı ilin 7 ayı ərzində ölkədə baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, 2016-cı ilin 7 ayı ərzində respublika ərazisində 396 qida zəhərlənməsi qeydə alınıb. Bildirilib ki, qida zəhərlənməsi nəticəsində 502 nəfər zərər çəkib, 1 nəfər botulizmdən ölüb. /