70 yaşlı nənə bütün Quranı əzbərlədi
"Ummul-Hüseyn" adlı ilə məşhur olan Haciyə Rəifə əs- Səmadi adlı iordaniyalı çox yaşlı bir xanım 70 yaşında bütün Quran- Kərimi əzbərləyə bildi. Maide.Az xəbər verir ki, "Ummul-Hüseyn" adlı ilə məşhur olan Haciyə Rəifə əs-Səmadi adlı iordaniyalı yaşlı bir xanım 70 yaşında bütün Qurani-Kərimi əzbərləyə bilib. 70 yaşında bütün Qurani-Kərimin hafizi olan bu qoca və yaşlı nənə İordaniyanın Ərbəd əyalətinin ən-Nəimə şəhərində yaşayır. Bu yaşlı xanımın savadının olmamasına baxmayaraq, təkcə Qurani-Kərimin tərtil oxunuşlarının audio yazılışına qulaq asaraq Vəhy kəlamını əzbərləyə və Quran hafizi ola bilib. Yazmağı və oxumağı bilməyən bu yaşlı xanım öz möhkəm iradəsinə və İlahi tövfiqata söykənərək Qurani-Kərimi 3 il 4 ay ərzində kamil əzbərləyib. Bu barədə İordaniyanın "əl-Yərmuk" peyk TV kanalı məlumat yayıb. (iqna) /