69 yaşlı kişi 8500 kibrit çöpündən məscid maketi hazırladı - FOTO
Türkiyənin İncirliova ilçəsindən olan 69 yaşlı Hasan Efə 8500 kibrit çöpündən dörd minarələri məscid maketi hazırlayıb. Maide.Az xəbər verir ki, 26 il taksi sürücüsü işləyən H.Efə pensiyaya çıxdıqdan sonra kibrit çöplərindən müxtəlif maketlər, ağacdan da Quran qabları hazırlayıb. H.Efə jurnalistlərə indiyədək 50-dən çox fərqli belə əsərlər düzəldərək başqalarına hədiyyə etdiyini bildirib. Sonuncu əl işi dörd minarəli məsciddir. “Bizim bir qohum xanım var uşaqlıqdan namaz qılır və möminə xanımdır. Onun adı Fatimədir. Mən bu maketi hazırlayıb ona hədiyyə edəcəm.” – deyə H. EFə bildirib. (haberler.com)