66 metr uzunluğunda olan sandviçi 4 dəqiqəyə belə hazırladılar - VİDEO
Dünyanın ən uzun sandviçini Meksikada keçirilən festivalda hazırlandı. Maide.Az xəbər verir ki, 4 dəqiqəyə hazırlanan sandviçin uzunluğu 66 metr olub. Paytaxt Mexikoda keçirilən festivalı yüzlərlə insan izləyib. Hazırlanan sandviç sonda izləyicilərə paylanılıb. Qeyd edək ki, ötən il bu festivalda hazırlanan sandviçin uzunluğu 65 metr olub və sandviçin hazırlanması 3 dəqiqə yarım vaxt sərf olunmuşdu. (presstv)