60 yaşlı qəzzalıdan bütün dünyaya vətən dərsi - Video
Maide.az-ın məlumatına görə, Fələstin torpaqlarını qəsb edərək orada məskunlaşan yəhudilərin fələstinlilərdən torpaq satın almasıyla əlaqədar hazırlanan video, çox maraqlı görüntülərə səhnə olub. 60 yaşlı Əbu Əymənin yəhudilərə qarşı olan mövqeyi, israil rejiminə torpaq satan fələstinlilərə dərs olub. Əymən, yəhudi cildinə girən iki qəzzalı televiziya işçisinin torpağını satması üçün ona təklif etdiyi 3 milyon dolları rədd edib. Onlar təklifləri və təhdidləri qarşısında 60 yaşlı qəzzalı qocanın sərgilədiyi mövqe, yəhudi rolu oynayan televiziya işçilərini sonda Əbu Əymənin əlini və alnını öpməsinə məcbur edib. Video çarx yayımlandıqdan sonra onu izləyən yəhudilər qəzzalı Əymən haqqında təhqir dolu sözlər yazaraq onu ölümlə təhdid ediblər. Həmin videogörüntüləri sizlərə təqdim edirik: