Maide.az

600-dən çox Rusiya vətəndaşı Ukraynaya buraxılmayıb

Ukrayna sərhədçiləri hərbi vəziyyət elan olunandan 600-dən çox Rusiya vətəndaşını ölkəyə buraxmayıblar.   Trend-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petro Tsiqikal deyib.   O bildirib ki, bu müddətdə Ukraynaya getmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb:   "Təkcə kişilər deyil, qadınların da ölkəyə girişinə icazə verilməyə bilər - əgər buna müəyyən səbəb varsa".   Qeyd edək ki, ötən ayın sonlarından yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.   Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.