5 milyon qədim Quran nüsxəsi saxlanılan Nur dağı -VİDEO
Pakistanın Bəluçestan əyalətində bir xeyriyyə təşkilatı Quranın hörmətini saxlamaq məqsədi ilə müqəddəs kitabın oxunmayan, ziyan görmüş vərəqlərini kisələrə toplayır və dağın içərisində mağara və tunellər yaradaraq orda saxlayır. Maide.az xəbər verir ki, bu xeyriyyə təşkilatı həmdə ziyan görmüş qədim Quran kitablarını restavrasiya edir. Dağa “Quran Kərimin Nur dağı” adı verilib. Elə xeyriyyə cəmiyyəti də öz adını bu dağın adına uyğun seçib. Dağ Pakistanın qərbində Bəluçistan bölgəsində yerləşir. Bura Əfqanıstan sərhədinə də yaxındır. Dağa “Quran Kərimin Nur dağı” adı verilməsi ona görədir ki, dağın içərisindəki tunel və mağaralarda milyonlarla nüsxə restavrasiya olunmuş Quran nüsxəsi saxlanılır. Tunellər müsəlman könüllülərin əlləri ilə dağın içərisində qazılıb və uzunluğu təqribən 5 kilometrdir. Quran Kərimin Nur Dağı layihəsinin məsul şəxslərindən Hacı Müzəffər Əli deyib ki, bu tunellərdə Quranın qədim nüsxələri ilə dolu ən az 5 milyon kisə saxlanılır.Lakin yüzlərlə kisədə dağın ətrafındakı təpələrdə saxlanılır və onların da yerləşdirilməsi üçün çalışırıq. Müzəffər Əli bildirib ki, könüllülər günün çox saatını Quranları restavrasiya etmək və cildləməklə məşğul olurlar. “Bəzi vaxtlar ziyan görmüş səhifələri yeniləri ilə dəyişmək məcburiyyətinə qalırlar. Belə olduqda ziyan görmüş vərəqlərin üzərində yazılmış ayələrin hörmətini saxlamaq üçün onları böyük kisələrin içərisinə doldurub həmin tunellərdə saxlayırlar.” Onun sözlərinə görə, bu qədim Quran nüsxələri Pakistanının bütün bölgələrindən, İran, Suriya və Türkiyədən gətirilir. “Quranlar restavrasiya edildikdən sonra pulsuz olaraq müsəlmanlar arasında paylanılır”. Müzəffər Əli deyib ki, çox vaxt restavrasiya olunan Quranları bu dağa baxış keçirtmək üçün müxtəlif bölgələrdən gələn müsəlmanlara paylanılır. Onun sözlərinə görə, bu dağda saxlanılan qədim Quran nüsxələrinin bəzisinin tarixi 600 il öncəyə kimi çatır. /