Maide.az

5 hərbçi yol qəzasında öldü

Sentyabrın 28-də Göygöl rayonunun Quşqara kəndi yaxınlığında ağır yol qəzası baş verib. "VAZ 2107" markalı avtomobillə "Mercedes" markalı yük maşınının toqquşması nəticəsində 5 hərbçi ölüb. Məlumatı APA yayıb. Bildirilib ki, ölən hərbçilər 1984-1996-cı il təvəllüdlüdürlər. Avtoqəza nəticəsində həlak olanlar: Zamiq Mahmudov Tural Rəhimov Bayram İbrahimzadə Oruc Hüseynov Qüdrət Atakişiyev Polis və məhkəmə tibb ekspertləri hadisə yerində müayinələr aparsa da, səbəblər haqda məlumat verilmir.