5 alim Quranı tərcümə etmək üçün bir araya gəlib
Kenyanın 5 müsəlman alimi bir yerə toplaşıblarki,Quranı bu ölkənin 2-ci böyük etnik qrupu olan “Luhyalar”ın dilinə tərcümə etsinlər. Maide.az xəbər verir ki, Harun Musa, Ramazan Səbva, Ramazan Nədce, İsmail Verə və Yusif Malala adlı alimlər Quranı Luhya dilinə tərcümə edəcəklər. Quranın Luhya dilinə tərcümə etməsinin başlanması mərasimi Mumyas şəhər məscidində ötən gün keçirilib. İştirakçılar bildiriblər ki,bölgə müsəlmanları Ərəb dili bilmədikləri üçün Quranı düzgün anlamırlar və bu baxımdan Quranın Luhya diliinə tərcüməsi zərurəti yaranıb. Luhyalar Kenyanın 2-ci böyük etnik qrupudur. Qərbi Keniyada Uqanda sərhədləri ətrafında yaşayırlar. /