Maide.az

5.5 mindən çox Rusiya vətəndaşı terrorçu qruplaşmalara qoşulub

  Rusiya hüquq-mühafizə orqanları beynəlxalq terrorçu qruplaşmaların tərəfində döyüşmək üçün müharibə bölgələrinə gedən 5.5 mindən çox Rusiya vətəndaşını müəyyənləşdirib.   Maide.Az "islam-today"a istinadla xəbər verir ki, bu barədə bu gün Soçidə FTB tərəfdaş dövlətlərinin xüsusi xidmət, təhlükəsizlik orqanları və hüquq-mühafizə orqanları rəhbərlərinin 18-ci iclasının açılışında Rusiya Federasiyası FTB direktoru Aleksandr Bortnikov bildirib.   O qeyd edib ki, “5.5 mindən çox Rusiya vətəndaşının terrorçuların tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün xaricə getdikləri müəyyən edilib. Onların demək olar ki, 4 mininə qarşı cinayət işi açılıb."   Rusiyaya qayıdan döyüşçüləri müəyyənləşdirmək üçün də aktiv işlər görülür. Beləliklə, Bortnikovun dediyinə görə geri qayıdan 337 döyüşçüdən 32-i həbs olunub, 224-ü məhkum edilib. Qalanlarına qarşı sübutlar toplanılır.