4 yaşlı uşaq ömürlük həbsə məhkum edildi - Misirdə
Misirin Hərbi Məhkəməsi bazar ertəsi günü 4 yaşlı uşaq Əhməd Şərarəni barəsində ömürlük azadlıqdan məhrumetmə qərarı qəbul edib. Maide.az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki, Məhkəmənin çıxardığı qərardan daha maraqlısı bu 4 yaşlı uşağa qarşı irəli sürülən ittihamlardır. Belə ki, Əhməd Şərarə 2014-cü ildə Qahirənin Rabiə meydanında baş vermiş hadisələr zamanı dövlət təsisatlarına ciddi zərər və ziyan vurmaqda və 3 nəfəri qətlə yetirməkdə günahlandırılır. Misir ordusunun sözçüsünün dediyinə görə, bu cinayətlə bağlı iş 2015-ci ilin fevralında Baş Prokurorluqdan Hərbi Proqkurorluğa göndərilib. Cinayət işində Əhməd Şərarənin adı fərari şəxs kimi göstərilir. /