41-ci Beynəlxalq Quran yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında müqəddəs Quran qiraəti və hizi üzrə 41-ci beynəlxalq müsabiqə keçiriləcək. Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, beynəlxalq Quran müsabiqəsinə ümumilikdə 103 ölkədən 146 nəfərin iştirakı gözlənilir. Müsabiqə dörd kateqoriyada keçiriləcək: Qurani-Kərimin hifzi və təfsiri ; Quranın yarısını (15 cüz) əzbər bilmək; Müsəlmanların Müqəddəs Kitabının 5 hizbini (Quran bütün mətninin 1/12 hissəsi) əzbər bilmək nominasiyası üzrə yarışlar keçiriləcək.