Maide.az

4 -Qurani-Kərimdə şükrün növləri və təsirləri

Qurani-Kərimdə insanın şükür etməsi ilə bağlı müxtəlif mətləblərə, o cümlədən, şükrün növləri və təsirlərinə də toxunulmuşdur ki, biz burada onlardan bir qisminə işarə edirik: 1. Etiqadi şükür – İnsan bütün nemətlərin Allah tərəfindən olduğuna etiqad bəsləməlidir: وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللَّهِ “Sizə gələn hər bir nemət Allahdandır!” (“Nəhl” surəsi, ayə 53.) 2. Əməli şükür: اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ “Ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! Bəndələrimdən (nemətlərimə) şükür edən azdır!” (“Səbə” surəsi, ayə 13.) 3. Dilin şükrü: وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ “(Həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!” (“Zuha” surəsi, ayə 11.) Şükrün növləri 1. Nemətin artması: لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıraram.” (“İbrahim” surəsi, ayə 7.) 2. Şükür etmək insanın öz xeyrinədir: وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ “Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər.” (“Loğman” surəsi, ayə 12.) 3. Allahın razılığı: وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ “Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Onu razı edər.” (“Zumər” surəsi, ayə 7.) Maide.az – Maarif bölümü   Öncəki yazını BURADAN oxuya bilərsiz.