Maide.az

4-cü mikrorayon dairəsinə giriş bağlandı (FOTO)

Bakının 4-cü mikrorayon dairəsinə iki tərəfdən giriş bağlandı.   Maide.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır.   Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmələri tövsiyə olunur.