Maide.az

4-5 gün işıq olmayacaq

Bir neçə gün ərzində Bakının bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.   Maide.Az bildirir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün elektrik enerjisinin verilişində fasilələr yaranacaq.   Qeyd edək ki, qısa müddətli fasilələr noyabrın 23-dək davam edəcək. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir.