Maide.az

3 saatda 130-dan çox zəlzələ baş verdi

Xəbər verdiyimiz kimi, İtaliyanın Siciliya adasında Etna vulkanı yenidən püskürüb. Maide.Az İHA-ya istinadən xəbər verir ki, püskürmədən sonra bölgədə 3 saat ərzində 130-dan çox zəlzələ baş verib. Yeraltı təkanlar 4 baldan çox olub. Vulkan püskürməsindən sonra Kataniya hava limanında qısa müddətə uçuşlar təxirə salınıb.