Maide.az

3 faydalı әnәnәvi yağ -­ kәrә, әridilmiş vә piy!

Әsrlәr boyu әcdadlarımızın faydalandığı bir sıra әnәnәvi yağlara 50 ildәn artıq bir vaxt әrzindә müasir tibb tәrәfindәn “zәrәrli” damğası vurularaq insanlara rasionlarından çıxarılması tövsiyyә edilirdi.   Lakin son zamanların araşdırmaları tәbii yağların faydalarını bir daha sübut edәrәk, şübhәlәrin vә tәnqidlәrin “qara buludlarını” dağıtmaqdadır. Mәsәlәn, dünyada rәğbәt qazanan “TIME” jurnalının yağlar haqda müxtәlif illәrdә nәşr etdiyi mәlumatların tәkamülü: 1961­ci ildә yağların zәrәri barәdә xәbәrdarlıq, 1984­cü ildә yağın tәrkibindәki xolesterolun ziyanı haqda mәlumat vә nәhayәt 2014­cü ildә “Yağ yeyin” deyә tәbii yağların faydası haqda bundan öncәki illәrdә verilәn mәlumatların tәkzibi.   Әnәnәvi yağlar marqarin vә bitki yağı istehsalçılarının çoxsaylı tәbliğatları vә reklamlarının nәticәsi kimi uzaq durulan, yeyilmәsi ziyanlı olan bir qidaya çevrildi. Әslindә isә fabrikalarda istehsal olunan bitki yağları vә marqarin heç dә göründüyü kimi günahsız deyil. Araşdırmalar nәticәsindә sintetik әsasları olan marqarinin vә ifrat dәrәcәdә emal olunmuş bitki yağlarının kanserogen tәsirlәri sübut olunmuşdur.   Әsas günahkar kimi göstәrilәn isә tәbii yağların tәrkibindәki xolesteroldur. Otla bәslәnilmiş, GMOlar verilmәyәn heyvanlardan alınan tәbii yağların tәrkibindәki emal edilmәmiş xolesterolun bir sıra mühüm bioloji faydaları mövcuddur: ­ - Stres, ürәk xәstәliklәri vә xәrçәnglә mübarizә aparan hormonları balanslaşdırır. - Bütün cinsi hormonların bәdәndә istehsalı üçün mühüm materialdır. - Hәyati vacib olan vitamin D­nin bәdәn tәrәfindәn sovrulmasında xolesterol mühüm rol oynayır. - Qaraciyәr vә mәdә­bağırsaq sisteminin fәaliyyәti üçün önәmlidir. - Güclü antioksidantdır­sәrbәrt radikalların toxumaları zәdәlәmәyinin qarşısını alır. - Beynin fәaliyyәti vә psixoloji durumun sabitliyi üçün mühümdür. - Zәdәlәnmiş hüceyrәlәrin bәrpası üçün vacibdir.   Tәbii әnәnәvi yağların üstünlüklәri   Әridilmiş (el arasında “әrinmiş”) yağdan qәdim zamanlarda hәm dәrman, hәm tәmizlәyici maddә, hәm dә qida kimi istifadә edilibdir. Әrinmiş yağda A, D, E vә K2 kimi vitaminlәr mövcuddur.  Әrinmiş yağ çәtin parçalandığına görә әksәr hallarda onu saxlamaq üçün soyuducuya ehtiyac duyulmur. Onu da qeyd edәk ki, otla bәslәnәn inәklәrdәn әldә edilmiş yağda xәrçәng әleyhinә olan turş yağlar var. İfrata varmadan, miqdarında istifadә edilәn bu yağ eyni zamanda artıq çәkidәn әziyyәt çәkәnlәrin çәkisinin aşağı salınmasında böyük rol oynayır. Yüksәk yanma vә  tüstülәnmә dәrәcәsinә malik olduğundan qızartmalar üçün idealdır. Kәrә yağı inәk, qoyun, keçi vә camış südündәn әldә edilir. Zülal, vitamin vә minerallar baxımından olduqca zәngin vә qidalandırıcıdır. Kanadada aparılan araşdırmalara әsasәn kәrә  yağın ürәk xәstәliklәri riskini aşağı salması, davamlı olaraq istifadәsi bәdәndәki yağ balansını qoruduğunu, mәdә­bağırsağlarda yara olmasının qabağını aldığı isbat olunmuşdur. Ot yeyәn  inәklәrdәn itehsal olunmuş kәrә yağı xәrçәng әleyhinә maddәlәrlә, hәmçinin A1, B1, B2 vә s.maddәlәrlә zәngindir. Qızartmalardan başqa bütün qalan bişirmә növlәri xüsusәn qәnnadı üçün yararlıdır.   Piy yağı ürәyin sağlamlığı üçün xeyirlidir. Qәbul etmәliyik ki, uzun illәrdir “Piydә yuxarı göstәriciyә malik xolesterol var, vә bu ürәk xәstәliklәrinin әsas sәbәblәrindәndir” fikrinә inanmışıq. Halbuki bizim ulu nәnә­babalarımız yüksәk miqdarda piy istifadә etmәlәrinә baxmayaraq, ürәk xәstәliklәrinә az rast gәlirdilәr. Әslindә piy sağlam pәhrizin әsasını tәşkil edir. “Amerikanın Klinik Qidalanma” jurnalının 300.000 insan üzәrindә keçirtdiyi araşdırmaların nәticәsindә doymuş yağların ürәk xәstәliklәrinin riskinin artmasında heç bir sәbәbinin olmadığı aşkarlanmışdır.  “Qadın  Sağlamlığının Tәşәbbüsü” araşdırma mәrkәzi klimaks dönәmini keçmiş 50.000 qadını 2 qrupa bölüb birinci qrupa normadan az, ikinci qrupa isә normada yağ qәbul etmәsini istәdi. 8 il keçәn araşdırma nәticәsindә hәr iki qrup insanların heç birinin nә ürәk, nә dә xәrçәng xәstәliklәrindә bir fәrqliliyin olmadığı nәticәsinә gәldi. vib.az /