Maide.az

38 ildən sonra dünyanın ən iri arısı tapıldı

İndoneziyada bir qrup alim nəhəng arı aşkar edib.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, Uolles arısı sonuncu dəfə 1981-ci ildə müşahidə olunmuşdu.   Qeyd olunur ki, alimlər 4 santimetr uzunluğunda dişi arını termit yuvasında tapıblar.   Uolles arısını ilk dəfə 1859-cu ildə Alfred Uolles təsvir edib. 1981-ci ildə sonuncu dəfə göründükdən sonra Uolles arısı nəsli kəsilmiş hesab olunurdu.