Maide.az

35 yaşlı kişini it parçaladı

Tovuz rayonunda 35 yaşlı kişini it dişləyib.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində baş verib.   Kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Mehman oğluna kənd ərazisində it hücum edib. Nəticədə it V.Məmmədovun sağ ayağı və sağ qolunu parçalayıb.   Yaralı xəstəxanaya yerləşdirilib.