Maide.az

3-cü mikrarayon bazarinda yanğın - YENİLƏNİB - VİDEO

Saat 19-58-də yayılan məlumat bildirilir ki, Bakının Nəsimi rayonu "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş verən yanğında xəsarət alan olmayıb.    *** Bu gün, dekabrın 14-də Bakının Nəsimi rayonunda yanğın baş verib.   Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, "112" qaynar telefon xəttinə Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub:   “Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir”,Nazirliyin saat 17-40-a olan məlumatında bildirilir.   FHN-nin saat 18-05-də yayılan məlumatında isə qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın 5 dəqiqə öncə məhdudlaşdırılıb.   Yanğının səbəbi açıqlanmır.   Dörd gün əvvəl, dekabrın 10-da Bakının Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində də (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.