Maide.az

2 yaşlı uşaq qaynar qazana düşərək yanıb

Azərbaycanda 2 yaşlı uşaq yanıb.   APA-nın məlumatına görə, hadisə Füzuli rayonunda qeydə alınıb. Rayona qonaq gedən Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Surxay Rövşən oğlu Hüseynov qaynar qazanın içinə yıxılıb. Nəticədə ağır yanıq xəsarətləri alan azyaşlı təcilli olaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.