Maide.az

2 min hüquqşünas vəkil olmaq istəyir

Yanvar ayının 11-dək 2 min hüquqşünas vəkil olmaqdan ötrü müraciət edib.   Bu haqda Vəkillər Kollegiyasının ixtisas komissiyasının məlumatında bildirilir.   Məlumatda vurğulanır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 2017-ci il dekabrın 9-da vəkilliyə qəbul prosesi bərpa olunub. Sənədlərin qəbulu, yanvarın 11-i başa çatıb.   Məlumata görə, Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib. Qəbuldan ötrü sənəd verən namizədlərin sayının 2 minə yaxın olduğu bildirilir   Vəkilliyə namizədlərlə yazılı test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə, bu il yanvarın 28-də keçirilməlidir.(azadliq/org)