Maide.az

27 yaşlı gənc bacısını boğub öldürdü

Bakıda dəhşətli qətl hadisəsi baş verib.   Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb.    Hadisəni törədən T.Qədimov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (APA).