270 milyondan çox `E-mail` ünvanı xakerlər tərəfindən ələ keçirilib
Amerikanın “Security Straighthold” təhlükəsizlik şirkəti elan edib ki, elektron poçt xidməti göstərən böyük şirkətlər o cümlədən Google, Yahoo və Rusiyada ən böyük e-mail xidmət servisində 272 milyon oğurlanmış email ünvanı aşkar edilib. Maide.Az xəbər verir ki, şirkətin nümayəndəsi deyib ki, istifadəçilər öz email ünvanlarının xakerlər tərəfindən ələ keçirildiyini bilmirlər. Onun sözlərinə görə, müxtəlif saytlara və email ünvanına girmək üçün eyni paroldan istifadə edən şəxslər daha çox xakerlərin hücumlarına məruz qalır. Xəbərdə qeyd olunur ki, xaker hücumuna məruz qalmış email ünvanlarından 57 milyonu Mail.ru email servisinə məxsusdur. Yahooda 40 milyon, Hotmailda 33 milyon , Gmailda isə 24 milyon email ünvanı xakerlər tərəfindən ələ keçirilib.