Maide.az

22 mindən çox yəhudi miqrant əl-Xəlil şəhərinə basqın edib

İsrail rejimi media mənbələri minlərlə yəhudinin Pesax bayramıyla əlaqədar olaraq əl-Xəlil şəhərinə basqın təşkil etdiyini bildirib.   Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail televiziyası 7-ci kanalı 22 mindən çox yəhudi miqrantın İsrail ordusunun himayəsində Həzrət İbrahim məscidində ayin keçirdiyini vurğulayıb.   İsrail polisi Həzrət İbrahim məscidini 22-23 aprel tarixlərində Pesax bayramı münasibətilə yəhudilərin daxil olacağı üçün müsəlmanlara bağlamışdı.   Tarixi İbrahim əl-Xəlil məscidi İsrail qüvvələrinin nəzarəti altındakı əl-Xəlil şəhərinin qədim hissəsində yerləşir.   Sözügedən ərazidə təxminən 400 yəhudi miqrant yaşayır. Təxminən 1500 İsrail əsgəri həmin yəhudi miqrantları qoruyur.   İsrail rəhbərliyi yəhudilər və müsəlmanlar arasında ikiyə bölünən İbrahim əl-Xəlil məscidini yəhudi bayramı günlərində tamamilə yəhudi miqrantlara ayırır.   Yəhudi bayramı günlərində məscidi bağlayan işğalçı İsrail qüvvələri həmin günlərdə məsciddə azan oxunmasına və müsəlmanların məscidə girmələrinə icazə vermir.