Maide.az

21 təşkilat Azərbaycanla bağlı bəyanat verib

21 beynəlxalq hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq Azərbaycanda vicdan məhbusu kimi tanınan bütün məhbusların azad edilməsinə çağırıblar.   «Turan»nın xəbərinə görə, bəyanatda prezidentin sonuncu əfv fərmanı ilə 14 siyasi məhbus sayılan şəxsin azad edilməsindən razılıq ifadə olunur. Qeyd edilir ki, jurnalist Rauf Mirqədirov da martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.   «Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq. Lakin bu 15 nəfərin heç biri həbs olunmamalı idi. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır»,-deyə «Hüquqlar naminə idman» kampaniyasının koordinatoru Rebecca Vincent bildirib.   Bəyanatda deyilir:   «Jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun buraxılmasını tələb edib. Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün islahatlara təkid etməyə çağırırıq».   Sənədi imzalayanlar:   Article19,   Civil Rights Defenders   Committee to Protect Journalists   Freedom Now   Front Line Defenders   Helsinki Foundation for Human Rights   Human Rights House Foundation   Index on Censorship   Institute for Reporters’ Freedom and Safety   International Federation for Human Rights (FIDH)   International Media Support   International Partnership for Human Rights   NESEHNUTI   Netherlands Helsinki Committee   Norwegian Helsinki Committee   PEN America   People in Need   Platform   Polish Green Network   Reporters Without Borders   World Organisation Against Torture (OMCT). azadliq.org /