Maide.az

20 Yanvarda yol bağlanıb

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.   Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Asif Məhərrəmov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti 3-cü mikrorayon dairəsindən 20 Yanvar küçəsi (Şamaxinka) istiqamətində məhdudlaşdırılıb.   Sürücülərə alternativ olaraq Moskva prospekti və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur./